Qarabağın tarixi tikililərinə həsr olunmuş dərs

    Məktəbin 2 “ D “ sinif rəhbəri Xalisə Məmmədova texnologiya dərsində " Karton üzərində aplikasiya " mövzusunu Qarabağın tarixi tikililərinə həsr etmişdir. Şagirdlərə Qarabağın tarixi tikililəri əks edilmiş şəkillər göstərilmiş, Füzuli rayonunun 14 kilometrliyində Dərəcəyə gölü ətrafında yerləşən Azıx mağarası haqqında geniş məlumat vermiş, mağarada 1960 - 1968 - ci ildə arxeoloq Məmmədəli Hüseynovun rəhbərliyi ilə arxeoloji qazıntılar nəticəsində tapılan alt çənə sümüyünün SSRİ ərazisində tapılan ilk, dünyada tapılan 3-cü tapıntı olduğunu qeyd etmiş, bununla da Azərbaycan ərazisinin ilk insan məskənlərindən biri olduğunu xüsusi vurğulamışdır. Həmin dərsdə uşaqlar kartondan hazırlanmış Qarabağ tikililərinə aid nümunələrini təqdim etmiş və hazırladıqları nümunələr haqqında məlumatlar vermişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi