Azərbaycan Ordusundan bir Polad General keçdi

     2 Yanvar Azərbaycanın Milli Qəhrəmanı General-mayor Polad Həşimovun ad günüdür. Bu münasibətlə məktəbin 6 “ C “  sinif şagirdləri şəhidimizi yad etdilər. Tədbiri giriş sözü ilə açan məktəbin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova şəhidin Azərbaycan hərb tarixində yeri, onun həyatı haqqında məlumat verdi. Sinif rəhbəri Reyhan Qasımova Tovuz döyüşləri, bu döyüşlər zamanı ordumuzun göstərdiyi şücaət, General Polad Həşimovun səngərdə öz əsgərləri ilə çiyin-çiyinə vuruşmasını bir daha diqqətə çatdırdı. Şagirdlərdən Rafiq Həsənli Polad Həşimovun yaxın qohumuna öz əli ilə yazdığı tapşırığın həmin hərbçi tərəfindən xatirə olaraq saxlamasından danışdı. Generalın əl yazısı tədbir iştirakçılarına təqdim olundu. Mahnılar səsləndirildi. Şagirdlər şeirlər söylədilər. Daha sonra şagirdlər Generalımızın şərəfli ömür yolundan bəhrələnəcəklərinə söz verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi