" Şəhidlərimizi tanıyaq və tanıtdıraq " layihəsi çərçivəsində ikinci telekörpü baş tutdu

    Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16 Noyabr 2020-ci il F-512 nömrəli əmrinin icrası məqsədilə məktəbin " Şəhidlərimizi tanıyaq və tanıtdıraq " layihəsi çərçivəsində ikinci telekörpüsü Gəncə şəhər 17 nömrəli tam orta məktəblə baş tutmuşdur. Telekörpüdə hər iki məktəbin rəhbərliyi və müəllim kollektivi, qonaq qismində: Gəncə şəhər Təhsil şöbəsinin müdiri Anar Qədiməliyev, Millət vəkilləri Müşfiq Cəfərov və Naqif Həmzəyev, Müdafiə Nazirliyinin əməkdaşı Zümrüd Səmədova, Xalq artisti Azad Şükürov, Xəzər televiziyasının müxbiri Lalə Azərtaş, Aztv-nin müxbiri Vəfa Ağabalayeva, Media nümayəndəsi Anar Nağıyev, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin metodiki və kütləvi tədbirlər şöbəsinin təşkilatçısı Fidan İsmayılova, Şəhid Ceyhun Abbasovun və şəhid Eltay Quliyevin ailəsi və hər iki məktəbin şagird və valideynləri iştirak etmişlər. Giriş sözü ilə məktəb direktorları Elçin Abdullayev və Nərgiz Həsənova çıxış etmişlər. Daha sonra isə məktəbin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova və 17 nömrəli məktəbin tərbiyə işləri üzrə direktor müavini Sevil Hüseynzadə layihənin məqsəd və mahiyyəti haqqında geniş məlumat verdikdən sonra söz şagirdlərə verildi. Şagirdlər şəhidlərimiz haqqında geniş məlumat verdilər, şəhidlər üçün hazırladıqları videoçarxı təqdim etdilər. Telekörpünün davamında qonaqlar da çıxış edərək öz sözlərini dedilər və bu layihəyə dəstək olduqlarını söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi