Cəbrayıl rayonunun işğaldan azad olunmasına həsr olunmuş onlayn açıq dərs

    Məktəbin rus dili müəllimi Gülxar Ağayevanın 5 “ E “ sinfində onlayn açıq dərs keçirildi. “ Qarabağ Azərbaycandır! “ şüarı altında Cəbrayıl rayonunun işğaldan azad olunmasına həsr olunmuş dərsin keçirilməsində məqsəd Qarabağın işğalı və işğaldan azad olunması haqqında həqiqətləri şagirdlərə bir daha xatırlatmaq, Azərbaycan Milli Ordusunun rəşadətli, cəsur əsgər və zabitlərini şagirdlərə tanıtmaq, şagirdlərin vətənpərvər ruhda tərbiyə edilməsinə nail olmaqdır.

    Dərs zamanı şagirdlər təqdimatlar hazırlayaraq Cəbrayıl rayonunun 27 illik işğaldan azad olunması zamanı gedən döyüşlərdən, döyüşlərdə iştirak edən qəhrəman, vətənpərvər əsgərlərdən danışdılar. Vətən müharibəsi zamanı şəhid olanlar bir dəqiqəlik sükutla yad edildilər. Altunay İsgəndərli 1993-cü ilin avqustunda Cərayılın işğalı və əslən Cəbrayıldan olan hərbi xadim Azərbaycanın Milli Qəhrəmanı Vahid Həbibulla oğlu  Quliyev barədə, Elnur Rəcəbli Cəbrayıl rayonunun işğaldan azad olunması, Reyhan Mikayıllı Ali Baş Komandan İlham Əliyevin tarixi Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırması haqda danışdı. Digər şagirdlər, Fatimə Məmmədova, Nurbanu Məmmədli, Cəlal Həsənli, Fatimə Məhərrəmzadə, Fuad Nəcəfli, Nəzrin Qurbanlı, Fatimə Kərimzadə şəhidlər haqqında məlumatlar verdi, rus dilində şeirlər oxudular. Vətən haqqında mahnı səsləndi, slayd nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi