“ Qarabağın dini - tarixi abidələri ” mövzusunda tədbir

    Məktəbin 6 “ C “ sinif şagirdləri, sinif rəhbəri Reyhan Qasımova və məktəbin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədovanın iştirakı ilə “ Qarabağın dini - tarixi abidələri ” mövzusunda tədbir təşkil etmişdir. Tədbirdə uşaqların sevimlisi, şairə Sevinc Nuruqızı, məktəb rəhbərliyi və müəllimlər iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Elçin Abdullayev iştirakçıları möhtəşəm qələbə münasibətilə təbrik etdi, tarixi qələbənin əldə edilməsində əvəzsiz rolu olan Ali Baş Komandan İlham Əliyevin siyasi fəaliyyətini xüsusi vurğuladı və tanınımış ədəbiyyat nümayəndələrinin uşaqlarala görüşünü yüksək qiymətləndirdi. Uşaqlar Qarabağın dini - tarixi abidələri, bu abidələrin erməni vandalizminin qurbanına çevrilməsi, ermənilər tərəfindən qədim kilsə və tarixi abidələri erməniləşdirmə siyasətinin yolverilməzliyi haqqında üç dildə: azərbaycan, rus və ingilis dillərində fikirlərini ifadə etdilər. Əsgərlərimizin şücaəti, qəhrəmanlığı haqqında şeirlər səsləndirdilər. Tədbirin sonunda şagirdlər uşaq şeirinin gözəl yaradıcısı Sevinc Nuruqızının şeirlərini söylədilər. Ədəbiyyat müəllimi Reyhan Qasımova ədibin yaradıcılığı haqqında məlumat verdi. Sevinc Nuruqızı Vətən savaşında qəhrəmanlıq göstərmiş şəhidlərə həsr etdiyi esse və şeirlərini təqdim etdi. Uşaqlar ədibi sevə-sevə dinlədilər. Şəhidlik zirvəsi, onların öz cismani ölümləri ilə əslində ölümsüzlüyə qovuşması həqiqəti qeyd edildi. Hər kəs uzun illər tapdaq altında qalan torpaqlarımızın yaxın zamanda abadlaşdırılacağına, Qarabağ torpaqlarında əvvəllər olduğu kimi yenə əsl sahiblərinin firavan yaşayacığına sayılı günlərin qaldığını sevinc hissi qeyd etdi.

    Tədbir “ Torpaqdan pay olmaz ” devizi ilə sona çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi