Bir yumruq kimi birləşən - Azərbaycan xalqı

    25.12.2020-ci il tarixində məktəbin 2 “ B “ “Sağlam təhsil” sinfinin keçirdiyi sinif təşkilat saatında bu dəfəki mövzu hər zaman həmrəy olan Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi  birliyi idi.

      Dərsdə iştirak edən tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova şagirdləri və onların ailə üzvlərini Qələbə münasibəti ilə ürəkdən təbrik etdi. Ulu öndər yolunun layiqli davamçısı olan İlham Əliyevin çiçəklənən Azərbaycanın həyatında əvəzsiz rolundan danışdı. Vətən müharibəsində Dünya Azərbaycanlılarının  Ali Baş komandanın ətrafında bir yumruq kimi necə birləşdiyini xüsusi vurğuladı.

    Müəllim Aytən Ovçuyeva Azərbaycan xalqının həyatında qızıl hərflərlə yazılan əlamətdar günlərdən biri olan “ Həmrəylik Günü ” haqqında videoçarx nümayiş etdirərək bu günün tarixi haqqında ətraflı məlumat verdi. Ulu öndər Heydər Əliyev bu gün Azərbaycan təqvimində “ Həmrəylik Günü ” adı ilə qeyd edilməsinin tarixinin 16 dekabr 1991-ci ilə söykəndiyini xüsusi vurğuladı.

    Şagirdlərin bəziləri  Vətən sizin üçün nədir? - sualına cavab verərək öz düşüncələrini söylədilər. Digər şagirdlər isə “ Vətən ”  və “ Şəhidlərimiz ” haqqında şeirlər dedilər. Ən sonda müəllim Aytən Ovçuyeva Dünya Azərbaycanlılarının sosial şəbəkələrdə, tele - verlişlərdə, diasporlarda Azərbaycanımızın haqq səsini necə dünyaya çatdırdıqlarından danışaraq, videoçarx nümayiş etdirdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi