“ Ömürdən pay verərlər, Vətəndən pay olmayır ˮ mövzusunda sinif təşkilat saatı keçirildi

    25.12.2020-ci il tarixində məktəbin 3 “ B “ sinif şagirdləri və sinif rəhbəri Gövhər Zülfüqarovanın təşkilatçılığı ilə “ Ömürdən pay verərlər, Vətəndən pay olmayır ˮ mövzusunda sinif təşkilat saatı keçirildi. Təşkilat saatında məktəbin tərbiyə işləri üzrə direktor müavini  Vüsalə Məmmədova da iştirak etdi. Tədbirdə I Qarabağ döyüşlərində şəhid olmuş və hal-hazırda məktəbin adını daşıdığı igid kəşfiyyatçı Ayaz Məhərrəmovun əziz xatirəsi yad edildi. Onun şəhidliyə yüksələn ömür yolu araşdırılıb, yada salındı. Tədbirdə şəhidin anası Səriyyə xanım, qardaşı Ramin bəy və digər ailə üzvləri də iştirak etdilər. Onlar iştirakçıları maraqlandıran sualları cavablandırdılar. Səriyyə xanım uşaq vaxtlarından Ayazın hərbçi olmaq arzusundan və onunla bağlı maraqlı hadisələrdən danışdı. Uşaqların verdikləri suallar, etdikləri çıxışlar ananın çox xoşuna gəldi. O, uşaqlara dərslərində uğurlar arzuladı. Sonda Vüsalə Məmmədova Səriyyə xanıma tədbirdə iştirak etdiyinə və belə bir qəhrəman oğul yetişdirdiyinə görə təşəkkür etdi. Səriyyə xanım da şəhidimizin xatirəsinin daima yad edildiyinə, həmişə ailənin məktəb rəhbərliyi tərəfindən diqqət mərkəzində saxlanıldığına görə minnətdarlığını bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi