" Tarix yazan sərkərdə " mövzusunda tədbir

    " Ədəbiyyat biliciləri " dərnəyi üzvlərinin iştirakı ilə " Tarix yazan sərkərdə " mövzusunda tədbir keçirildi. Tədbir məktəbin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova və ədəbiyyat müəllimi Reyhan Qasımova tərəfindən təşkil edildi. Tədbirdə Azərbaycan Respublikası Prezidenti Ali Baş Komandan İlham Əliyevin hərbi - siyasi baxışları, dünyanın siyasi lideri arasında yüksək mövqeyi, II Qarabağ müharibəsində qazandığı uğurlar barədə ətraflı məlumat verildi. Ordumuzun  qazandığı qələbədə xalqla dövlət başçısının, xalqla Milli Ordumuzun vəhdəti, ən çətin məqamda Azərbaycan xalqının ölkə başçısının ətrafında sıx birəşməsi, ordumuza sonsuz inamı haqqında məruzə edildi. Prezidentimizin cəsarəti və əzmi, ordumuzun rəşadəti nəticəsində qazanılmış qələbəyə heç bir qara qüvvənin kölgə sala bilməyəcəyi vurğulandı. Tədbir prezident İlham Əliyevin ad günü ərəfəsində təşkil olunduğu üçün şagirdlər fürsətdən istifadə edərək, dövlət başçısına  cansağlığı, daha böyük uğurlar arzuladılar. Son günlərdə xalqımıza yaşatdığı qələbə sevincinə görə dövlət başçısına təşəkkür etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi