" Tarix yazan Vətən oğulları " adlı telekörpü keçirildi

   Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16 Noyabr 2020-ci il F-512 nömrəli əmrinin icrası məqsədilə 20.12.2020-ci il tarixində Şamaxı şəhər S.M.Qənizadə adına 1 saylı tam orta məktəb ilə birlikdə  " Tarix yazan Vətən oğulları " adlı telekörpü keçirilmişdir. Telekörpüdə Şamaxı rayon İcra hakimiyyətinin informasiya təminatı sektorunun müdiri Təbriz Qəniyev, Şamaxı rayon Təhsil şöbəsinin aparıcı məsləhətçisi Babalar Ağayev,  xalq artisti Azad Şükürov, 1 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin müəllimi Fidan İsmayılova, Şamaxı rayonundan qazi Nazim Muradov, qazi Elşad Mikayılov və bir neçə şəhidimizin yaxın ailə üzvləri iştirak etmişdir. Görüş zoom proqramı vasitəsilə həyata keçirilmişdir. Görüşdə məktəbin direktoru Elçin Abdullayev, məktəbin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova, 4 “ E " sinif rəhbəri Zümrüd Hüseynova, 1 saylı məktəbin direktoru Dilarə Rüstəmova, məktəbin müəllim və şagird kollektivi iştirak etmişdir. Himnimizin səsləndirilməsi ilə başlanan görüşdə giriş sözünü hər iki məktəb direktoru etmişdir. Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edildiyi tədbirdə Şamaxıdan olan 42 şəhidin hər biri ayrı-ayrılıqda anılıb, onların həyat və döyüş yolundan geniş bəhs olunub. Tədbir iştirakçıları Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını, hər bir azərbaycanlının onlarla fəxr etdiyini bildiriblər. Sonda Şamaxıdan olan şəhidlərə həsr olunan videoçarx nümayiş etdirilib.

    Tədbir şagirdlərin birlikdə “ Yaşasın müstəqil və azad Azərbaycan! ” şüarı ilə yekunlaşıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi