“İnteraktiv Əlifba” rəqəmsal tədris vəsaitinin məktəblərdə tətbiqi
“ İnteraktiv Əlifba ” tədris vəsaitinin məzmunu tədris proqramlarına müvafiq olaraq tapşırıqlar toplusu şəklində tərtib edilmişdir. Vəsaitin məzmununda müasir təlim metodlara xüsusi diqqət yetirilmişdir. Onlayn təlimin təşkil edildiyi şəraitdə rəqəmsal interaktiv vəsaitlərin tətbiqinin aktuallığı daha da artır. Çoxsaylı innovativ metodlarla yanaşı vəsaitdə Azərbaycan dilinin inkişafına, şagirdlərin söz ehtiyatlarının zənginləşdirilməsinə diqqət yetirilib.
Tədris vəsaitində rəssam tərəfindən milli tarix, dəyərlər, mədəniyyət, mətbəximizə dair təsvirlər, mətn, video, musiqi və səsli parçalar, hərəkətli faylların istifadəsi ilə müasir interaktiv tipli tapşırıqlar hazırlanmışdır.
Məktəbin 1 “ Ə “ sinif müəllimi Aygün Dadaşovanın sinfində “ İnteraktiv Əlifba ” tədris vəsaiti valideyn və şagirdlər tərəfindən rəğbətlə qarşılanıb. Uşaqlar rəngarəng tapşırıqları əylənərək yerinə yetirir, dünyagörüşlərini genişləndirirlər. Distant təhsil zamanı da interaktiv metodlardan istifadə edilir və bu tədrisin keyfiyyətinə müsbət təsir göstərir.