" Dalğalansın Xanın səsi , Qarabağın şikəstəsi " adlı nümunəvi dərs
Azərbaycan Respublikası Təhsil Nazirliyinin F-512 əmrin icrası ilə əlaqədar məktəbin musiqi müəllimi Minəvvər Məmmədovanın təşkilatçılığı ilə " Dalğalansın Xanın səsi , Qarabağın şikəstəsi " adlı nümunəvi dərs keçirdi. Dərsdə iştirak edən 7-ci sinif şagirdlərinə Qarabağın incəsənət xadimləri və muğam haqqında geniş məlumat verildi. Üzeyir Hacıbəyovun, Zülfüqar Hacıbəyovun, Əfrasiyab Bədəlbəylinin, Süleyman Ələskərovun həyatı haqqında məlumat verildi. Şagirdlər Qarabağın şikəstəsini “ Arşın mal alan “ operasından bəzi uverturaları dinlədilər. Tədbirdə iştirak edən məktəbin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova şagirdlərə “ Rast " , " Şahnaz " " Şur " muğamları haqqında danışdı. Qarabağın incəsənət, mədəni abidələri, tarixi, flora və faunasını öyrənməklərini tövsiyyə etdi . Dərsin sonunda bir neçə muğam ifaçılarının ifasında musiqilər dinləndi.