" Vətən bizə əmanətdir " mövzusunda təşkilat saatı keçirildi
18.12.2020-ci il tarixində məktəbin 1 " E " sinif müəllimi Məsmə İsayeva şagirdləri ilə " Vətən bizə əmanətdir " mövzusunda təşkilat saatı keçirdi. Məqsəd uşaqlara 28 il erməni işğalı altında qaldıqdan sonra Ali Baş Komandanımız İlham Əliyevin səyi və şəhidlərimizin qanı bahasına alınan bütöv Azərbaycanın suverenliyini bərpa edilməsi haqqında məlumat vermək və uşaqlarda vətənə sevgi, məhəbbət aşılamaqdır. Torpaq bizə ulu babalarımızdan qaldığı üçün onu göz bəbəyimiz kimi qorumalı və gələcək nəsillərə ötürməliyik. Vətən uğrunda ölən varsa vətəndir. Şəhidlər ölməz, vətən bölünməz. Dərsdə tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova da iştirak etdi.