Dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin anım günüdür

    Məktəbin tarix müəllimi Aidə Manafova 8 “ E “ sinif şagirdləri ilə siyasi xadim Heydər Əliyevin anım gününə həsr edilmiş onlayn tədbir keçirmişdir. Aidə Manafova görkəmli siyasətçinin həyat və yaradıcılığının bir sıra məqamlarını şagirdlərin diqqətinə çatdırmışdır. Tədbirdə şagirdlərdən Ayan Abbasova, Həbibə Mirzəyeva ulu öndər haqqında şerlər demişdir.

    Azərbaycanın siyasi tarixində, dövlət müstəqilliyinin qorunub saxlanmasında, dünya ölkələri ilə sıx inteqrasiya prosesində Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində fəhlə ailəsində anadan olmuşdur. Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycan SSR. Mərkəzi Komitəsinin I katibi, 20 il ərzində SSRİ Ali Sovetinin deputatı, 5 il (1982-1987) SSRİ Nazirlər Soveti Sədrinin I müavini olmuşdur. Hakimiyyətinin ilk günlərindən Respublikada qanunçuluğun qorunması, idarəçiliyin möhkəmləndirilməsi, kadrlara tələbkarlığın artırılması istiqamətində əhəmiyyətli işlər görmüşdür.

    1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. 1993-cü ilin iyunun 15-də H. Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi görkəmli siyasətçinin “böyük siyasətə” qayıdışı idi. 1993-2003 cü illərdə isə Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti olmuşdur. Azərbaycanın dövlət müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi, ölkənin dünya birliyində layiqli yer tutması prezident Heydər Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü xarici siyasətin ana xəttini təşkil edib. Onun xarici siyasətinin nəticəsidir ki, Əsrin müqaviləsi, İpək yolunun bərpası, Bakı-Ceyhan Neft Kəməri reallığa çevrildi. Azərbaycan 2000-ci ildə Avropa Şurasının tam hüquqlu üzvlüyünə qəbul olundu.

   Ulu Öndərin diplomatik fəaliyyəti nəticəsində Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olması bir daha sübut olundu. Dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü tanıdı. Daxili və xarici siyasət sahəsində əldə edilən uğurlar dünya azərbaycanlılarının milli hüquqlarının qorunmasına şərait yaratdı. H. Əliyevin təşəbbüsü ilə 2001-ci ilin noyabrında Dünya azərbaycanlılarının birinci qurultayı keçirildi. Bu milli birlik tariximizin yeni mərhələsinin başlanğıcı oldu. Dünya azərbaycanlıları ilk dəfə bir araya gətirildi. Qüdrətli Azərbaycana gedən yolun bütün azərbaycanlıların milli birliyindən keçdiyi sübut olundu. Hazırkı şəraitdə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyevin siyasi xəttini və ideyalarını davam etdirir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi