Torpaq, uğrunda ölən varsa, Vətəndir!

    Vətən ! Sənin qoynunda qəhramancasına ölmək şərəfdir. Hər kəsin and yeri ana qədər əziz vətən sənin uqrunda ölmək nə qözəldir. Azərbaycan Respulikasının Təhsil Naziliyinin 16.11.2020 tarixində F512 Nömrəli əmrin icrası məqsədi ilə “ Vətənin qəhrəman oğulları “ lahiyəsi çərçivəsində Vətən uğrunda canınnan keçmiş Vətən oğlu Polkovnik - leytenant, məktəbmizin valideyni, şəhid Baxşəliyev Qərib haqqında danışmaq istəyirik. Əslən Laçın rayonunnan olan Qərib Baxşəliyev 1995-1999 cu illərdə Ali hərbi məktəbdə təhsil alıb. Sonradan şəhid Tərtərdə 2 il leytenant rütbəsində xidmət edib. Çalışdığı vaxtlar kəllə-beyin travması alıb 2016-2019 cu illərdə " Naxçivanski " adına, sonralar isə " Heydər Əliyev " adına hərbi məktəbdə hərb tarixindən dərs deyib. O, vətən mübaribəsinin ilk günlərindən iştirak edib. 2 oğlan və 1 qız övladı var.  04.11.2020 tarixində səhər saatlarında Zəngilan istiqamətində dumanlı hava şəraiti zamanı yolu itirərək səhvən qarşı tərəfə keçib, son anadək qəhrəmancasına vuruşub. Əsir düşməmək üçün həyatına özü son qoyub.

     Silah yoldaşlarının dediyinə görə Vətən müharibəsində böyük rolu olub. Ən böyük arzusu Laçını - doğma yurdunu geri qaytarmaq idi. 08.12.2020 tarixində şəhidimiz dəfn olundu. Məktəbin direktoru Elçin Abdullayev şəhidmiz Polkovnik - leytenant Qərib Baxşəliyevin məzarını ziyarət etdi.

     Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi