Biz səni unutmarıq, Şükür Həmidov!

     10.12.2020-ci il tarixində  4 “ A “ – “ Sağlam Təhsil " sinfi Milli Qəhrəmanımız, polkovnik-leytenant Şükür Həmidovun igidliyi, cəsurluğu, vətən sevgisi, həyat yolu haqqında danışıblar.

    Azərbaycan və mənfur düşmən ermənistan arasında " 2-ci Qarabağ " döyüşləri 27 sentyabrda başlayıb, 10 noyabrda dayandırılıb. Döyüşlərdə ermənilər tərəfindən işğal edilmiş torpaqlarımızı güclü ordumuz, igid əsgərlərimiz azad etmişdir. Onlar Vətənimizin ürəyi - Qarabağımız uğrunda öz canlarını fəda etmişlər. İgid, cəsur " Milli Qəhrəman "larımızdan biri də Şükür Həmidovdur. O, yaşadığı müddətdə " Öncə Vətən, 2-ci xalq, sonra mən " kəlamını həyat amalı seçmişdi. Şükür Həmidov və həyat amalı Azərbaycan bayrağı dalğalandıqca həmişə yaşayacaq, unudulmayacaq və hər kəsə örnək olacaqdır. Biz səni unutmarıq, Şükür Həmidov!"

    4 “ A “ – “ Sağlam Təhsil " sinfinin şagirdləri " 10 dekabr - Zəfər paradı " münasibətilə Qarabağımıza virtual səyahət etmiş, muzey, sənət nümunələri ilə tanış olmuş, gələn il Zəfər paradını Qarabağımızda real olaraq görmək istədiklərini söyləmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi