“ Qarabağ Azərbaycandır ” mövzusunda onlayn tədbir keçirildi

     07.12.2020-ci il tarixində məktəbin 2 “ C “ pilot sinif şagirdləri ilə birgə “ Qarabağ Azərbaycandır ” mövzusunda tədbir keçirildi.

    Tədbiri sinif müəllimi Zərifə Məmmədova açıq elan etdi, şagirdləri “ Zəfər “ bayramı münasibətilə təbrik etdi. Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik  sükutla yad edildi. Sonra söz məktəbin direktoru Elçin Abdullayevə, tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədovaya və təlim – tərbiyə işləri üzrə direktor müavini Elvin Aslanlıya verildi. Onlar şagirdlərimizi qələbə bayramı münasibətilə təbrik etdilər, şanlı ordumuzun nə qədər qüdrətli və yenilməz olduğunu uşaqlara aşıladılar. Uşaqlar ana dilində və iki xarici dildə çıxışlar etdilər.

   Tədbirin qonağı vətən müharibəsi  iştirakçısı, leytenant Anar Mərdanzadənin uşaqlara söylədiyi ürək sözləri  dinlənildi. O, uşaqları təbrik etdi onlara yaxşı oxumalarını məsləhət gördü. Valideynlər adından Nərgiz xanım çıxış edərək uşaqlara gözəl çıxışlarına görə təşəkkürünü bildirdi .

   Tədbir uşaqların vətən, bayraq və zəfər haqqında  söylədikləri şeirlərlə yekunlaşdırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi