” Vətən oğulları ilə tanınar "
Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Xalidə Cəfərova 5 “ B “ sinif şagirdləri ilə birlikdə Təhsil Nazirliyinin 16 noyabr 2020 ci il F - 512 nömrəli əmrinin 8- ci bəndinə əsasən ,” Vətən oğulları ilə tanınar " adlı onlayn tədbir keçirdi. Ölümləri ilə ölümsüzlük qazanan, şücaətləri ilə dünyanı heyrətə salan Azərbaycan əgərlərindən söz açan müəllim ilk növbədə Qələbə münasibətilə hamını təbrik etdi. Tədbirdə qonaq kimi iştirak edən məktəbin tərbiyə işlər üzrə direktor müavini Vüsalə Məmmədova çıxış edərək bu böyük qələbənin başında düzgün siyasəti, planlı və mükəmməl hazırlığı ilə dayanan Cənab Ali Baş Komandanımız İlham Əliyevin daxili və xarici siyasətilə tarixin yaddaşında iz qoyduğu barədə geniş məlumat verdi. Müəllim Xalidə Cəfərova şəhidlərimizin canı, qanı bahasına düşmən tapdağından azad olunmuş torpaqlarımızın ikiqat müqəddəsliyindən, bu əmanəti göz üstə saxlamaqdan hər əməlimizdə şəhidlərimizin adına layiq olmaqdan danışdı. Şagirdlərin Xudayar Yusifzadə , Cəbrayıl Dövlətzadə, Babək Səmidli və başqa qəhrəmanlarımıza aid təqdimatları, çəkdiyi şəkillər və söylədikləri şeirlər təsirli video görüntülər yadda qalan oldu .