Şagirdlərimizin şəhid general Polad Həşimova həsr etdikləri təqdimat və videoçarxları

    Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16 noyabr 2020-ci il F - 512 nömrəli əmrinə əsasən məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Günay Şıxməmmədovanın təşkilatçılığı ilə 6 “ E “ sinfində " Vətənin qəhrəman oğulları " mövzusunda şagirdlərin təqdimatları və videoçarxlar nümayiş olundu. Təqdimat general Polad Həşimovun həyatına həsr olunmuşdur. General Polad Həşimov 2 yanvar  1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində doğulmuş, ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçmüşlər. Polad Həşimov 2003-cü ildə mayor qismində Prezident Heydər Əliyevin sərəncamı ilə " Hərbi xidmətlərə görə " medalı ilə təltif edilmişdir. 6 il sonra, 2009-cu ildə isə o, artıq polkovnik-leytenant qismində Prezident İlham Əliyevin Sərəncamı ilə " Vətən uğrunda " medalı ilə təltif olunur. 2014-cü il iyunun 25-də 3-cü dərəcəli “ Vətənə xidmətə görə “ ordeni ilə təltif edilən Polad Həşimov, 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi 2-ci dərəcəli " Vətənə xidmətə görə " ordeni ilə mükafatlandırılır. 2019-cu il iyunun 25-də Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilir. Həşimov daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunur. General-mayor 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olur.

    Allah şəhidimizə rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi