Qarabağın Şifahi Xalq Yaradıcılığı və tanınmış şəxsləri

    Azərbaycan Respublikasının Təhsil Nazirliyinin F-512 nömrəli əmrin 3-cü bəndinə əsasən Qarabağın Şifahi Xalq Yaradıcılığı və tanınmış şəxsləri ilə bağlı 5 “ C “ sinfində 04.12.2020-ci il tarixində təşkilat saatı keçirildi. Məqsədimiz Azərbaycan xalqının tarixi qələbəsini əks etdirmək, milli sənət xəzinəsinin beşiyi olan Qarabağın Şifahi Xalq Yaradıcılığını və zəngin ədəbiyyatını şagirdlərə tanıtmaqdır.

     Tədbirdə tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova da iştirak etdi. Vüsalə xanım öz nitqində Azərbaycan Respublikasının Təhsil Nazirinin 16.11.2020-ci il tarixli F-512 nömrəli əmri ilə təsdiq olunmuş “ Azərbaycan xalqının tarixi qələbəsindən tədrisdə əks etdirilməsi ” haqqında, şanlı ordumuzun böyük zəfəri və bu zəfər yolunda canlarını qurban vermiş Vətən oğullarından söhbət açdı. Daha sonra sinif rəhbəri İlhamə Səfərova milli sənət xəzinəsinin beşiyi olan Qarabağın qədim tarixə malik olmasından, bu torpağın bəşər mədəniyyətinə bəxş etdiyi böyük dahilər və istedadlı sənətkarları haqqında danışdı. 5 “ C “ sinif şagirdləri Qarabağın bağrından qopan “Qarabağ ədəbiyyatı inciləri”ndən söhbət açdılar. Sarı Aşıq, M.P.Vaqif, Cəfərqulu xan Cavanşir, Ağabəyim ağa, MirMövsüm Nəvvab, Q.Zakir, X.Natəvan, Fatma xanım Kəminə, Həmidə xanım, Cavanşir, Əhməd bəy Ağaoğlu və digərləri haqqında topladıqları məlumatları sevəsevə təqdim etdilər. Prezident İlham Əliyevin Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqındakı sərəncama əsasən saat 12:00-da Vətən torpağı uğrunda şəhid olan övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi