" Qələbə döyüşümüz " adlı onlayn təşkilat saatı təşkil olundu

    Azərbaycan Respublikasının Təhsil Nazirliyin 16 noyabr 2020  -ci il F-512 nömrəli əmrinin 3-cü bəndi ilə əlaqədar olaraq məktəbimizin 3 ” C " sinfində  ibtidai sinif müəllimi Həcər Məmmədova " Qələbə döyüşümüz " adlı onlayn təşkilat saatı keçirdi. Müəllim ilk növbədə Qələbə bayramı münasibəti ilə şagirdləri təbrik etdi.  44 gün davam edən hərbi əməliyyatlar, rəşadətli ordumuzun qələbələri haqqında danışdı.   Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatları ilə başlayan  və buna cavab olaraq Azərbaycan ordusunun keçirdiyi əks hücum əməliyyatları nəticəsində Azərbaycan üçün yeni bir tarix yazıldı. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Şuşanın işğal olunması Ermənistana böyük zərbə vurdu. Şuşa əməliyyatı haqda böyük kitablar yazılacaq. Xüsusi təyinatlılarımızın Şuşanı alması dərsliklərə düşəcək. Azərbaycan öz əbədi torpaqlarını azad edərək ərazi bütövlüyünü bərpa etdi. Müəllim işğaldan azad olunmuş torpaqlarımızın tarixi,coğrafiyası,adət-ənənələri, mədəniyyəti, abidələri haqqında şagirdlərə geniş məlumat verdi.

    Sonda şagirdlər Vətən haqqında şeirlər söylədilər, " Qarabağ Azərbaycandır! " adlı çəkdikləri şəkilləri qürur hissi ilə təqdim etdilər.

    Sinif rəhbəri işğaldan azad olunmuş torpaqlarımızın tarixi,coğrafiyası,adət-ənənələri, mədəniyyəti, abidələri, şifahi yaradıcılığı haqqında da şagirdlərə məlumat verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi