" Covid-19 -a yox deyək! "

    02.12.2020-ci il tarixində məktəbin  4 “ D “ sinfinin müəllimi Anaxanım Veysalova günümüzün aktual mövzusu olan " Covid-19 -a yox deyək! " adlı növbəti təşkilat saatı keçirdi. Təşkilat saatının bu mövzuya həsr olunmasında əsas məqsəd dünyada hələ də davam edən və minlərlə canlar alan, gözəgörünməz düşmən  yeni növ koronavirus haqqında şagirdlərə daha geniş məlumat vermək, virusdan qorunmağın yollarını dəfələrlə xatırlatmaqdır. Təəssüf ki, bəzi insanlar səhlənkarlıq edərək virusun yayılmasına səbəb olurlar.  Bunun qarşısını almaq üçün gigiyena və sanitar qaydalara mütləq şəkildə əməl olunmalıdır, ara məsafəsi saxlamaq, maskalardan istifadə etmək lazımdır. Tədbirdə məktəbin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova iştirak etmişdir. Bir müəllim və vətəndaş olaraq şagirdlərə özlərini və ailələrini bu virusdan necə qorunmalı, xəstəliyə necə qalib gəlməyi geniş şəkildə söylədi. Şagirdlər də öz növbəsində Covid-19 haqqında bildiklərini, virusdan necə qorunduqlarını bildirdilər  və virusa aid rəsmlər çəkərək nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi