" Vətənin Qəhrəman Oğulları " layihəsi çərçivəsində təşkilat saatı keçirildi
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16 Noyabr 2020-ci il F-512 nömrəli əmrinin 8-ci bəndinin icrası məqsədilə 02.12.2020-ci il tarixində məktəbin ibtidai sinif müəllimi Zümrüd Hüseynova 4 “ E " sinfində " Vətənin Qəhrəman Oğulları " layihəsi çərçivəsində təşkilat saatı keçirdi. Layihənin məqsədi Vətən uğrunda şəhid olmuş qəhrəman oğullarımızın xatirəsini əziz tutmaq idi. Görüş şəhidlərimizi 1 dəqiqəlik sükutla yad etməklə başladı. Daha sonra sinif rəhbəri Zümrüd Hüseynova şəhid Xudayar Yusifzadənin və onun timsalında bütün şəhidlərimizin döyüş bölgəsində göstərdiyi igidliklər barədə danışdı. Görüşün davamında şagirdlər şəhidimiz Xudayarın həyatı, hərbi şücaətləri barədə geniş məlumatlar verdilər, şeirlər söylədilər. Təşkilat saatında məktəbin direktoru Elçin Abdullayev və tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova da iştirak etmişdi. Direktor Elçin Abdullayev və təşkilatçı müavin Vüsalə Məmmədova öz sözlərini söyləyərək, 44 günlük zəfər tariximizdə ordumuzun göstərdiyi əzm və iradədən bəhs etdilər. Sonda isə Zümrüd Hüseynova belə təşkilat saatlarının davamlı olaraq keçirilməsinin zəruri olduğunu bildirdi.