“ Hər şey Vətən üçün “

    Məktəbin 9 " E " sinfində “ Hər şey Vətən üçün “ mövzusunda  təşkilat saatı keçirildi. İlk növbədə sinif rəhbəri Aytəkin Hüseynova Azərbaycan ordusunun zəfəri haqda danışdı. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa, bütün əsgərlərimizə isə can sağlığı arzuladı. İllərdir həsrətində olduğumuz torpaqların geri qaytarılmasının yaratdığı hissləri bölüşdü. Gələcəkdə kitablarda yazılan tarixin bugün bizim şahidi olduğumuzu bildirdi. Bu zəfəri bizə yaşatdıqları üçün Ali Baş Komandan İlham Əliyevə, generallarımıza, zabitlərimizə, əsgərlərimizə, qazilərimizə və ən əsasda şəhidlərimizə təşəkkürünü bildirdi. Heç bir əsgərimizin şəhidlik zirvəsinə ucalmaqdan qorxmadığını, hər şeyi gözə alaraq oraya getdiklərini, hər nə olursa olsun Azərbaycanımızın ərazi bütövlüyünü qorumaq üçün canından, qanından belə keçməyə hazır olduqlarını söylədi. Bunu Heydər Əliyevin yolunu davam etdirən prezidentimiz İlham Əliyevin qələbəsi olduğunu xüsusilə vurğuladı. Damarlarında Azərbaycan qanı axan hər kəsin heç vaxt düşmənə boy əyməməli, hər zaman öz birliyimizi və bütövlüyümüzü qorumaq lazım olduğunu bildirdi. Daha sonra, bugünün qorxulu xəstəliklərindən biri olan koronavirusun ölkəmizdə tez və sürətlə yayılmasının təhlükəli olduğunu qeyd etdi. Bu günlərdə evdə qalmalı, sağlamlığımıza xüsusi diqqət yetirməli və bütün qaydalara əməl etməli olduğumuzu xüsusilə söylədi.

    Sonda isə şagirdlər öz fikirlərini bölüşdülər. Əhməd Nəsrullayev və Elnur Balışov qələbəmizin yaşatdığı hissləri gözəl ifadə etdilər. Digər şagirdimiz Elvin Cəlilov isə müharibə zamanı qazi olan igidlərimizlə görüşüb. Həmçinin o, erməni terrorunun qurbanı olan Gəncə şəhərimizə də gedib. Qeyd edək ki, cəbhə bölgəsindən kənar  olan Gəncə, Bərdə şəhərləri düşmən dəfələrlə müxtəlif növ roketlərdən istifadə edərək dinc əhaliyə qarşı terror törədib. Bunun nəticəsində isə neçə-neçə mülki vətəndaşımız həlak olmuş və yaralanmışlar. O keçirdiyi hissləri bizimlə bölüşmüşdür.

    Allah bütün Şəhidlərimizə rəhmət eləsin, məkanları nurla dolsun.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi