“ Xarıbülbülün ətrini duymağa gəldik “ mövzusunda təşkilat saatı

    Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 16 noyabr 2020 ci il F-512 nömrəli əmrinin 3-cü bəndi ilə əlaqədar olaraq  27.11.2020 ci il tarixində məktəbin ibtidai sinif müəllimi Dilarə Musayeva 4 “ C “ sinfində “ Xarıbülbülün ətrini duymağa gəldik “ mövzusunda təşkilat saatı keçirdi. Müəllim ilk növbədə Qarabağın döyünən ürəyi Şuşa haqqında danışdı. Şuşa deyəndə ilk ağla gələn Xarıbülbül haqqında məlumat verdi. Tədbirə məktəbin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova da qatıldı. O, şagirdlərə Ali Baş Komandanın xarici və daxili siyasəti, Rəşadətli Ordumuzun gücü haqqında söhbət apardı. Qələbə bayramı münasibətilə şagirdləri təbrik etdi. Onu da qeyd etdi ki, Şuşasız Qarabağ, Qarabağsız ümumiyyətlə Azərbaycan olmaz.

      Sonda şagirdlər hazırladıqları şeir və məlumatları böyük qürur hissi ilə söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi