01 dekabr - Ümumdünya QİÇS-lə Mübarizə Günüdür
Məktəbimiz biologiya üzrə metod birləşmə sədri Rəfiqə Aşurovanın təşkilatçılığı ilə “ 01 dekabr - Ümumdünya QİÇS-lə Mübarizə Günüdür " mövzusunda tədbir keçirildi.Tədbirdə Bakı şəhəri narkoloji dispanserin həkimi Asif Kəngərli, təlim – tərbiyə işləri üszrə direktor müavinləri Həqiqət Gulaliyeva, tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova, Uşaq Birliyi Rəhbəri Günay Rəsulova, biologiya müəllimləri Afina Qocayeva və Yeganə Kazımova iştirak etdilər. Həmçinin 9 “ A “, 9 “ B “ və 9 “ D “ sinif şagirdləri, xüsusən də Nigar Yəhyəzadə, Şahlar Abbasov, Təhminə Adilova, Sarvan Əzizovun hazırladıqları təqdimat çox bəyənildi. Tədbirin keçirilməsində məqsəd şagirdləri zərərli vərdişlərdən çəkindirmək və onlarda tibbi maarifləndirmənin gücləndirməkdir.