Növbəti onlayn pedaqoji şura iclası keçirildi

     27.11.2020-ci il tarixində məktəbin növbəti onlayn pedaqoji şura iclası keçirildi. Pedaqoji şura iclasını məktəbin direktoru Elçin Abdullayev açaraq pedaqoji kollektivi qələbə günü münasibətilə təbrik etdi və Ali baş komandanın və Azərbaycan ordusunun şanlı qələbəsi haqqında danışdı. Sonra Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16 noyabr 2020 ci il tarixli F-512 nömrəli əmrini kollektivin diqqətinə çatdırdı və eyni zamanda Bakı Şəhəri üzrə Təhsil İdarədinin 24 noyabr 2020 ci il F -233 nömrəli əmrinə uyğun olaraq işğaldan azad olunmuş ərazilərin tarixi-coğrafiyası, adət-ənənələri, tanınmış şəxsləri barədə bu kimi məlumatları, dərslərə inteqrasiya olunması,  vətənpərvərlik mövzusunda rəsm, video - çarx hazırlanması, gənclərin ordu sıralarında xidmətə mənəvi-psixoloji  hazırlığı barədə görüləcək işlərin planının hazırlanması haqqında məlumat verdi. Məktəbin təlim - tərbiyə işləri üzrə direktor müavini Həqiqət Gülalıyeva, Elvin Aslanlı, tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova da əmrdə göstərilmiş mövzuların dərslərdə inteqrasiyasını təmin etməsini vurğuladılar.                      

     İclasda həmçinin pedaqoji kollektiv tərəfindən səsləndirilən suallar ardıcıllıqla cavablandırıldı.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi