“ Vətənim, Azərbaycan! “- adlı təşkilat saatı

    27.11.2020-ci il tarixində məktəbin 3 “ Ə “ sinfində “ Vətənim, Azərbaycan! “- adlı təşkilat saatı keçirildi. Təşkilat saatı 2-ci Qarabağ döyüşündə qazandığımız qələbə və bu qələbəni qazanmaq üçün öz canından keçmiş şəhidlərimizə həsr edildi. Öncəliklə tədbirimiz məktəbimizin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova  və təlim – tərbiyə işləri üzrə direktor müavini Elvin Aslanlının  çıxışı ilə başlandı. Elvin Aslanlı və Vüsalə Məmmədova bu qələbə sevincini şagirdlərimizlə bölüşdülər. Sonra qələbədə şəhid olmuş qəhrəmanlarımız haqqında danışdılar. Müəllim Ülkər Mustafayeva Qarabağın bizim üçün necə əhəmiyyət kəsb etdiyini vurğuladı. Təəssüf ki, döyüşlərdə şəhid olan qəhrəmanlarımızdan biri də sinfimizin şagirdi Ə. Yeganənin atası - şəhid mayor Siyavuş Kəlbəliyev olmuşdur. Şəhidimiz haqqında məlumat və videoçarx tədbirimizin qonaqlarına və şagirdlərə göstərildi. Təşkilat saatını şagirdlər öz çıxışları ilə davam etdilər.  

     Sonda tarixi torpağımız olan Qararabağımızın hər bir qarışının şəhidlərimizin qanı bahasına  alındığını və hər birimizin bu torpaqları göz bəbəyimiz kimi qorumalı olduğumuz bildirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi