“ Şuşa - biz sənə qayıtdıq “ mövzusunda təşkilat saatı keçirildi

                 

     27.11.2020-ci il tarixində ibtidai sinif müəllimi Leylan Yaqubova 3 “ A “ sinfində “ Şuşa - biz sənə qayıtdıq “ mövzusunda təşkilat saatı keçirdi. Ilk öncə müəllim şagirdlərə  Azərbaycanın dilbər güşələrindən olan Şuşa haqqında danışdı,  Xan Şuşinskinin səsini qoynunda saxlayan başı qarlı,  vüqarlı dağlarının əzəmətindən söz açdı. Şərq ölkələrinin mədəniyyət mərkəzlərindən olan, milli memarlıq uslubu ilə seçilən, orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsi adlandırılan mədəniyyətimizə , ədəbiyyatımıza , incənəsətimizə bəxş etdiyi tarixi şəxsiyyətləri ilə seçilən, muğamımızın beşiyi sayılan, Azərbaycan tarixinə Qasım bəy Zakir, Xurşidbanı Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Əhməd bəy Ağaoğlu kimi şəxsiyyətlər yetirən Qarabağın dilbər guşəsi olan Şuşa  Şərqlilərə məxsus arxitekturası ilə də fərqlənir.  Azərbaycanın alınmaz qalası, mədəniyyət məbədi olan bu qədim şəhər özü boyda tarixi abidədir.

     Ancaq  Şuşa şəhəri 1992-ci il may ayının 8-də erməni birləşmələri tərəfindən işğal edilmişdir.Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilmiş, 165 nəfər yaralanmış, onlardan 150 nəfəri əlil olmuş, 552 körpə valideynlərini itirmiş, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdür.“Qarabağnamə” müəlliflərinin göstərdiyi kimi tarixin müxtəlif dönəmlərində xaqanlara təslim olmayan Şuşa qalası aylarla mühasirədə saxlanılsa da bu cənnətməkan diyarı fəth etmək heç kimə nəsib olmamışdır. “Əgər məni qoruyan mənim tanıdığımdırsa, şüşəni daş içərisində də salamat saxlar” deyən Qarabağ xanının vəziri, şair Molla Pənah Vaqif hələ o dövrdə Şuşanın alınmaz qala olduğunu söyləmişdir

     Prezident İlham Əliyevin hər zaman qeyd edib ki, Azərbaycanın işğal altında qalan torpaqlarını nə yolla olursa olsun azad edəcəyik. .O gün gələcək...... Və o gün gəldi. 08.11.2020-ci il tarixində Ali Baş Komandanımız və Şanlı Ordumuzun qüdrəti nəticəsində Şuşamız işğaldan azad olundu. Şuşa artıq bizimdir. Yenə Cıdır düzü igidlərin məskəni olacaq. Doğmalarının nəfəsinə həsrət qalan xarı bülbül əsrarəngiz gözəlliyi ilə hamını valeh edəcək.

     Sonda şagirdlər Şuşaya həsr olunmuş şeirləri söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi