“ Qələbəmizi sizə borcluyuq, Azərbaycan Ordusu “ adlı onlayn tədbir

   26.11.2020-ci il tarixində 9 “ B “ və 8 “ Ə “ sinif şagirdlərinin hazırladığı “ Qələbəmizi sizə borcluyuq, Azərbaycan Ordusu “ adlı onlayn tədbir keçirildi. Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin İctima-siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov, Müdafiə Nazirliyinin əməkdaşı Zümrüd Səmədova, “ Xatirə kitabı “ redaksiyasının baş redaktoru Nəzakət Məmmədova, Milli Qəhrəman Ehtiram Əliyev, qazimiz Bilal Məmmədov, I Qarabağ müharibəsində  şəhid olmuş Aydın Abdullayevin atası Əmirsoltan Abdullayev, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin metodiki və kütləvi tədbirlər şöbəsinin təşkilatçısı Fidan İsmayılova qonaq qismində iştirak etdilər. Tədbiri məktəbin direktoru Elçin Abdullayev açaraq qonaqları bu tarixi qələbə münasibətilə təbrik etdi. Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşən Azərbaycanın, özünün hərbi və siyasi gücünü sübut edərək tarixi qələbə qazxandığını dəfələrlə vurğuladı. Sonra tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova da çıxış edərək Azərbaycan xalqını möhtəşəm qələbədə ordumuzun, əsgərlərimizin qeyrətindən, qüdrətindən, əzmindən danışdı. Qalib ölkənin adını dünyada ucaldan şəhidlərimizi, qazilərimizi yad etdi.

    Tədbirin ən təsirli hissəsi şəhid atası Əmirsoltan Abdullayevin övladı haqqında danışdığı xatirələri bütün qonaqları, eləcə də şagirdləri çox kövrəltməyi oldu.

    Sonda   9 “ B “ və 8 “ Ə “ sinif şagirdləri vətənpərvər və qələbə ruhlu şeirləri ilə onlayn tədbiri yekunlaşdırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi