Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

     27.11.2020-ci il tarixində məktəbin 1 “ Ə “ sinfində “Qarabağ Azərbaycandır!” hərbi vətənpərvərlik mövzusunda təşkilat saatı keçirildi. Hal - hazırda bütün dünyada Covid-19 pandemiyası ilə əlaqədar olaraq görüş online formatda baş tutur. Görüşdə sinif rəhbəri Aygün Dadaşova şagirdlərə vətənpərvərlik, hərbi vətənpərvərlik, rəşadətli ordumuzun qələbələri haqqında məlumat verdi. 1 “ Ə “ sinif şagirdləri də Vətənə aid şeirlər səsləndirdilər.

     Müəllim Aygün Dadaşova onu da vurğuladı ki, işğal altında olan şəhər, kənd və qəsəbələrimizin bir çoxunun Azərbaycan ordusu tərəfindən azad olunması, eləcə də Şuşanın azad edilməsi və noyabrın 9-da 72 yaşayış məntəqəsinin azad edilməsi artıq düşmənin çıxılmaz vəziyyətdə olduğunu ona anlatdı və məğlubiyyəti ilə üz-üzə qaldı. Belə olduğu halda, noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin birgə bəyanatı imzalandı. Bəyanata əsasən, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu. 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunun, 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonunun, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunun qaytarılması bəyanatda əksini tapıb.

    Bu gün artıq Kəlbəcər rayonu işğaldan azad oldu. 1993-cü ildə erməni silahlı dəstələri tərəfindən işğal edilmiş Kəlbəcərin 27 illik həsrətinə, işğalına soy qoyulur. Kəlbəcər rayonu böyük tarixi keçmişi, zəngin mədəniyyəti, qədim tarixi abidələri ilə seçilir. Erməni vandalları buranı işğal etdikdən sonra tarixi abidələrin əksəriyyətini məhv ediblər.

    Artıq 27 illik həsrətdən sonra Kəlbəcərdə qaynar həyat başlayır. Haqq nahaqqa qalib gəldi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixi torpaqlarına qovuşur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi