Bizə qələbə bəxş edən qızıl payız

    Qızıl payızı təbiətin möcüzəsi, tanrının qızılı boyalarla işlənmiş rəsmi saymaq olar... Ömrümüzün daha bir payızında Vətənimizin də torpağı rəngli xalıya bürünüb. Gah yağan yağışlar yuyur bu xalını, gah da qışdan xəbər verən soyuq küləklər darayır.

     Təqvimə görə, sentyabrın 23-də payız fəsli başlayır. Həmin gündə həm də payız gecə-gündüz bərabərliyi yaşanır  və sutka yarı –yarıya hər birinə 12 saat olmaqla bölünür. 21 dekabra qədər davam edən payız fəsli yay ilə qış arasında keçid mövsümüdür.

     Payız ilin ən gözəl fəsillərindən biridir. O, sanki ağacları əlvan rənglərlə boyayan rəssamdır.

    Təəssüf ki, bu   gözəllik çox davam etmir. Qırmızı, sarı, narıncı yarpaqlar  tökülür. Otlar saralır, güllər  solur. Havalar günü gündən yağışlı, tutqun və soyuq olmağa başlayır. Payız fəslinə el arasında  "qızıl payız" da deyirlər. Payız ruha sakitlik, duyğularımıza isə inanılmaz zövq verir. Qızıl payızı təbiətin bir möcüzəsidir. Payızı duymaq, onu hiss etmək, onunla iç-içə yaşamaq insana bir başqa zövq verir.

      Bu payız öz gözəlliyi ilə yanaşı həm də bizə qələbə sevinci gətirdi. 30 ildir ki, düşmən tapdağı altında olan Qarabağımız bu payızda azad oldu. Ali Baş Komandan İlham Əliyev və onun qurduğu Şanlı Ordumuz sayəsində Azərbaycanın incisi Qarabağımız artıq bizimdir.  Məktəbin ibtidai sinif müəllimi Sədaqət İsmayılova texnologiya dərsini başlamazdan öncə bu haqda məlumat verdi. Bildirdi ki, bu payızda biz 30 illik həsrətimizə qovuşduq və payıza aid mövzumuzu qələbə payızına həsr edirik. 1 “ C “ sinfinin şagirdləri də payız fəslinin gözəlliklərini hazırladıqları əl işləri ilə təqdim etdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi