Azərbaycan xalqına və ərazilərinə qarşı törədilən terror

     23.11.2020-ci il tarixində məktəbin coğrafiya müəllimi Təranə Cəbrayılova 5 " ə " sinfində Azərbaycan xalqına və ekologiyasına qarşı törədilmiş terror hadisələrindən danışdı. Dağlıq Qarabağın və ətrafındakı 7 rayonun rəsmi olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində olmasına baxmayaraq, son 30 ildə ermənistanın qanunsuz işğalı altında olub. Bu işğal nəticəsində təxminən 30 min insan həyatını itirib və bir milyondan çox azərbaycanlı yurdundan didərgin düşmüşdür. Bunlar azmış kimi mənfur düşmənlər həmin ərazilərin təbiətinə və bioloji müxtəlifliyinə ciddi ziyan vurublar. Bu 30 ildə təbiətə qarşı etdikləri terror hal-hazırda da davam etməkdədir. Çirkin əməlləri ilə tanınan erməni dığaları işğaldan azad edilmiş ərazilərimizi tərk edərkən təbiətə ziyan vuraraq ətraf ərazilərində yanğınlar törədiblər. Dağ massivlıərində meşə və quru otlaq ərazilərinə od vurublar.

    ermənilər torpaq uğrunda apardığmız “ Vətən müharibəsi “ zamanı mülki şəxsləri hədəfə alaraq bəşəri və insani dəyərlərə məhəl qoymayaraq Bərdə və Gəncədə terror aktları törədiblər. Döyüş əməliyyatı zonasından kənarda yerləşən bu əraziləri raket atəşinə tutaraq humanitar atəşkəsi kobud şəkildə pozublar.

     Lakin bütün bunlara baxmayaraq Azərbaycan öz əzəli və əbədi torpaqlarını azad edərək öz ərazi bütövlüyünü bərpa etdi. Öz tarixi torpaqlarınından bir qarış belə güzəştə getməyəcək. Qarabağ Azərbaycandır!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi