“ COVİD – 19 “ - la necə mübarizə aparmalıyıq

  

     Məktəbin ibtidai sinif müəllimi Dilarə Musayeva 4 “ c “ sinfində onlayn şəkildə keçirdiyi təşkilat saatını “ COVİD – 19 “ -  yeni növ koronavirusla mübarizəyə həsr etdi.

     Müəllim ilk öncə xalqımızı və şagirdlərimiiz qələbə münasibətilə təbrik etdi. 28 ildən çoxdurki erməni dığalarının işağal etdiyi ərazilərimiz nəhayət ki azad olunub. Daha sonra bütün dünyanı bürümüş, görünməz düşmənimiz olan COVİD – 19 virusu haqqında danışdı. Həmçinin müəllim onu da qeyd etdi ki, qoyulmuş qaydalara mütləq şəkildə riayət edilməlidir.  Əks halda yoluxma daha da sürətlənər. Ən vacib şərtlərdə odur ki, tibbi maskalardan istifadə etmək, əllərimizi tez - tez spirtləmək və ara məsafəsi saxlamaqdır.

   Dərsdə iştirak edən tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova da müzakirəyə qoşularaq öz münasibətini bildirdi. Necə ki düşmənlərimizə qalib gəldik, gözəgörünməz düşmənimizə də tezliklə qalib gələcəyik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi