"Əhmədiyyə Cəbrayılov-100"

     Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalamışdır. Həmin sərəncama uyğun olaraq, məktəbimizin 6c sinif şagirdləri "Əhmədiyyə Cəbrayılov-100" adlı tədbir keçirmişlər. Tədbirdə məktəbin direktoru Elçin Abdullayev, tədris işləri üzrə direktor müavini Elvin Aslanlı, tərbiyə işləri üzrə direktor müavini, təşkilatçı Vüsalə Məmmədova da iştirak etmişlər. Onlar son günlər əldə etdiyimiz tarixi qələbə münasibəti ilə hamını təbrik etdilər. Tədbirdə "Armed Mişel", "Xarqo" "Ryus Armed" adı ilə 1945-1946-cı illərdə döyüşlərdə iştirak edən  Əhmədiyyə Cəbrayılovun keçdiyi rəşadətli döyüş yolu bir daha yada salındı. Uzun illər haqsızlığa məruz qalsa da, sonda əsl həqiqətin üzə çıxdığı qeyd olundu. "Ot kökü üstə bitər " atalar sözünün bir daha təsdiq olunduğu diqqətə çatdırıldı. Belə ki, Birinci Qarabağ savaşında şücaət göstərərək şəhidlik zirvəsinə ucalan Ə.Cəbrayılovun oğlu Mikayıl Cəbrayılovun da igidliyi yada salındı. Qeyd edildi ki, Ana torpağımız bu gün də igidlər yetişdirir. Bu, şahidi olduğumuz Böyük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağı azad etməsində öz təsdiqini tapdı. Vətənin qeyrətli igidləri 30 ilə yaxın düşmən tapdağı altında qalmış torpaqlarımızı canı,qanı bahasına işğaldan azad etdi. 2020-ci il nəinki Azərbaycan, hətta dünya tarixinə qızıl hərflərlə yazıldı. Sonda şagirdlər qəhrəmanlıq mövzusunda şeirlər söylədilər. Vətənpərvərlik mahnıları səsləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi