17 noyabr - " Milli Dirçəliş Günü " dür

    17.11.2020-ci il tarixində məktəbin 5 “ e “ sinif rəhbəri Əskərova Aytən tərəfindən “ Milli Dirçəliş Günü “ mövzusunda onlayn təşkilat saatı keçirildi. Sinif rəhbəri şagirdlərə bu günün tarixi haqqında məlumat verərək bildirib ki, bu bayram 1988-ci ilin noyabr – dekabr aylarında Bakıda başlayan milli – azadlıq hərəkatı ilə bağlıdır. 17 noyabr 1988-ci ildə Bakının əsas meydanı sayılan Azadlıqda Azərbaycan xalqının uzunmüddətli mitinqləri keçirilmişdir. Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və Vətənimizin istiqlaliyyət qazanmasında əsas amil sayılır.

    Təşkilat saatı şagirdlərin “ Azərbaycan – Ana Vətən “ haqqında söylədikləri şeirlər ilə başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi