" 9 Noyabr - Bayraq Günü " ilə əlaqədar onlayn tədbir

    09.11.2020-ci il tarixində  " 9 Noyabr - Bayraq Günü " ilə əlaqədar onlayn tədbir keçirilmişdir. Tədbirdə məktəbin direktoru Elçin Abdullayev, təlim tərbiyə işləri üzrə direktor müavini Həqiqət Gülalıyeva, tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova,  ibtidai sinif müəllimi Zümrüd Hüseynova və məktəbin müəllim heyyətindən bir sıra müəllimlər iştirak etmişlər. Tədbirdə həmçinin Xətai rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin psixoloji xidmət üzrə mentoru Elşad Şəfixanov, yazıçı Telli Pənahqızı, teleaparıcı Lalə Azərtaş, Müdafiə Nazirliyinin əməkdaşı Zümrüd Səmədova, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçı dərnək rəhbəri Fidan İsmayılova kimi dəyərli qonaqlar da iştirak etmişlər. Tədbiri giriş sözü ilə Elçin Abdullayev başlatdı. Elçin müəllim  “Bayraq Günü “ və 8 Noyabr Şuşanın işğaldan azad olunması münasibətilə hər kəsi təbrik etdi. Daha sonra şagirdlər Azərbaycanın qədim dövrdən günümüzədək mövcud olmuş bayraqları haqqında məlumat verdilər və öz qələbə sevinclərini müxtəlif şeirlərlə, sözlərlə ifadə etdilər.  Tədbirin davamında qonaqlar və məktəbin müəllim kollektivi çıxış edərək öz qələbə sevinclərini bölüşdülər və bu günün bizim tariximizdə əhəmiyyəti barədə şagirdlərə ətraflı məlumat verdilər. Müəllimlər öz ürək sözlərini deyərkən bu qələbəmizdə Ali Baş Komandanımızın və Rəşadətli Ordumuzun necə böyük rol oynadığını şagirdlərə söylədilər. Bu gün bütün Azərbaycan xalqı bir yumruq tək  birləşib Prezidentimizin və Ordumuzun arxasında qürurla dayanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi