9 Noyabr - Dövlət Bayrağı Günüdür

   Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı – Dövlət Bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Dövlətinin suverenliyinin rəmzidir. Bayrağımızın tarixi qədimdən olsa da hal- hazırda Müstəqil Azərbaycan Respublikasının Bayrağı bərabər enli, üç üfüqi zolaqdan ibarətdir. Göy rəng – Azərbaycan xalqının türk mənşəli olduğunu bildirir. Qırmızı rəng – müasirlik rəmzi sayılaraq, müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək mənasını daşıyır. Yaşıl rəng isə - islam dininə mənsubluğumuzu bildirir. Üstündəki  Aypara və səkkizgüzəli ulduz haqqında isə müxtəlif  fikirlər olsa da səkkizguşəli ulduz – səkkiz türk xalqının simvolu kimi göstərilir.  

      Təhsil nümayəndələri olaraq hər bir müəllimin borcudur ki, xüsusi və əlamətdar günlər haqqında şagirdləri məlumatlandıraq, həmin günlərdə ilk dərs saatlarını bu mövzulara həsr edək. Məktəbin ibtidai sinif müəllimi Sədaqət İsmayılova 10.11.2020-ci il tarixində keçirilən dərs zamanı ilk dərsi “ Bayraq Günü “ movzusunda ayırdı. Belə ki, bu il məktəbə ilk addımlarını atan 1 “ c “ sinif şagirdləri Bayrağımız və “ Bayraq Günü “ haqqında daha ətraflı məlumatı müəllimdən aldılar. Özləri isə Bayrağımıza həsr olunan şeirlər söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi