Yeni tədris ilində dərslərimiz davam edir
Covid – 19 infeksiyasının yayılması bütün dünyada olduğu kimi respublikamızda da arzuolunmaz nəticələr göstərməkdən yan keçmir. Xüsusilə təhsil sahəsində özünü biruzə verir. Belə ki, hər gün məktəbə hazırlaşan şagirdlər indi onlayn şəkildə davam etdirirlər.
Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən ümumtəhsil müəssisələrində dərslər 15 sentyabr tarixindən I – IV siniflərdə əyani və distant formada, V – XI siniflərdə isə distant formada başlayıb. Distant dərslər “ Virtual məktəb “ layihəsi üzərindən təşkil olunaraq məktəb tərəfindən verilən cədvəllərə uyğunlaşdırılaraq keçirilir.
Bununla yanaşı şagirdlərimiz “ Mədəniyyət “ kanalında təqdim olunan teledərsləri də izləyirlər.