Onlayn şəkildə Pedaqoji Şura iclası keçirildi

     22.09.2020-ci il tarixində məktəbin müəllim kollektivi ilə  onlayn şəkildə Pedaqoji Şura iclası keçirildi.

      Iclası giriş sözü ilə açan məktəbin direktoru Elçin Abdullayev daxil olan rəsmi məlumat və “ Xüsusi karantin rejimi dövründə uyğunlaşdırılmış tədris planı “ ilə pedaqoji şura iştirakçılarını tanış etdi. 2020-2021-ci tədris ilində qarşıda duran vəzifələr barədə geniş məlumat verdi. Əyani formada dərs keçən müəllimlərə dərs zamanı gigiyenik qaydalara daha da ciddi şəkildə riayət etməyi və əməl etməyi tövsiyə etdi.

      Sonra məktəbin təlim tərbiyə işləri üzrə direktor müavinləri Həqiqət Gülalıyeva və Elvin Aslanlı vacib olan digər məlumatlar barədə məruzə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi