Onlayn valideyn iclası keçirildi
19.09.2020-ci il tarixində məktəbin 4 “ e “ sinif müəllimi Zümrüd Hüseynova onlayn formada valideyn iclası keçirdi. İclasda məktəbin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova da iştirak etmişdir.
İclasda şagirdlərin davamiyyəti, eləcə də günün aktual mövzusu olan “ COVİD – 19 “ pandemiyasından qorunmaq barədə söhbət aparılmışdır. Müəllim Zümrüd Hüseynova valideynləri rəhbərlik tərəfindən təqdim olunmuş “ İltizamnamə “ ilə tanış etdi. Təşkilatçı müavin Vüsalə Məmmədova bu “ İltizamnamənin “ mahiyyəti haqqında geniş məlumat verdi, valideynlərə öz tövsiyələrini çatdırdı. O, “ Biz birlikdə güclüyük “ devizi altında birləşməmizi və hər birimizin qaydalara əməl etməsinin sağlamlığımız üçün zəruri olduğunu bildirdi. Valideynlərə övladlarının əyani dərslərlə yanaşı distant dərslərdə də iştirakına nəzarət etmələrinin mühüm olduğunu diqqətə çatdırdı.