18 sentyabr - Milli Musiqi Günü

         1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabr – Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb. Milli Musiqi Günü Üzeyir Hacıbəyovun doğum günü ilə bağlıdır. Belə ki, Üzeyir Hacıbəyovun milli musiqimizə, mədəniyyətimizə verdiyi töhfələr əvəzolumazdır.

      Məktəbin 3 “ d “ sinif müəllimi Könül Xəlilova Milli Musiqi Gününü şagirdləri ilə distant formada qeyd etdi. O, dahi bəstəkarın həyat və yaradıcılığı haqqında məlumat verərək, hazırladığı slaydı şagirdlərə nümayiş etdirdi.

      Hər bir xalqın mədəniyyəti onun tarixidir. Üzeyir Hacıbəyov da bizim mədəniyyətimizdə bir tarix yazıb. Məkandan və zamandan asılı olmayaraq mədəniyyətimiz hər zaman tanıtmalıyıq və gələcək nəslə ötürməliyik. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi