26 iyun -  " Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü " nə həsr olunmuş “Ordum varsa, yurdum var!” adlı onlayn tədbir

     25 iyun 2020-ci il tarixində məktəbin 7-8-ci sinif şagirdlərinin hazırladığı 26 iyun -  " Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü " nə həsr olunmuş “Ordum varsa, yurdum var!” adlı onlayn tədbir keçirilmişdir.

   Tədbirdə məktəbin direktoru Elçin Abdullayev, Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının müdiri Şəhla Qənbərova, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Qadınlar və Hərbi qulluqçuların Ailə məsələləri üzrə şöbə müdiri Zümrüd Səmədova, yazıçı,şairə Nəzakət Muradova, 1 nömrəli Uşaq Yaradıcılıq Birliyinin nümayəndəsi Fidan İsmayılova, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Elvin Aslanlı, tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova, ana dili və ədəbiyyat müəllimi Səadət Mahmudova, 7 “ ə “ sinif şagirdlərindən Mehriban Fərəczadə, Roza Məmmədova, Sevil Əzizli, 8 “ b “ sinif şagirdlərindən Yəhyazadə Nigar, Əzizov Sərvan, Ağaməliyeva Fəridə, Abbasov Şahlar iştirak etmişlər.

    Tədbir zamanı qonaqlar bu günün Azərbaycan tarixində əhəmiyyətindən, Silahlı Qüvvələrin yaranma tarixindən, bu yöndə Ümumilli Lider Heydər Əliyevin əvəzolunmaz xidmətlərindən söz açmış, ordmuzun qüdrətindən, ona olan dövlət qayğısından danışmışlar. Şagirdlər Məhəmməd Hadinin, Qabilin, Zəlimxan Yaqubun, Nəriman Həsənzadənin, Süleyman Rüstəmin vətənpərvərlik ruhunda yazılmış şeirlərini səsləndirmiş, Yəhyazadə Nigar və Fəridə Ağaməliyeva fortepianoda musiqi ifa etmişlər. Şahlar Abbasov isə hazırladığı videoçarxı nümayiş etdirdi.

   Sonda məktəbin direktoru Elçin Abdullayev və tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova qonaqlara öz təşəkkürlərini bildirdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi