Virtual “ Son Zəng ” tədbiri  keçirildi

     14.06.2020-ci il tarixində məktəbin virtual “ Son Zəng ” tədbiri  keçirilmişdir. Tədbirdə məktəbin direktoru Abdullayev Elçin, təlim - tərbiyə işləri üzrə direktor müavini Həqiqət Gülalıyeva, təlim - tərbiyə işləri üzrə direktor müavini Elvin Aslanlı, tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova, müəllim kollektivi və 11-ci sinif şagirdləri iştirak etdilər. Giriş sözünü məktəbin direktoru Elçin Abdullayev açaraq şagirdləri təbrik etdi və hər birinə uğurlar arzuladı. Eləcə də, digər müəllimlər şagirdləri təbrik edərək, onlara gələcək həyatlarında uğurlar arzuladılar, öz tövsiyyələrini etdilər. Daha sonra 1 “ a ” və 3 “ e ” sinif şagirdləri 11-ciləri öz şeirləri ilə təbrik etdilər. Məzun siniflər öz ürək sözlərini söyləməklə yanaşı, müəllimlərin də əməyini yüksək qiymətləndirdilər. Məktəb adından bütün məzunları təbrik edirik, qoy bu " Son Zəng " müstəqil həyatınızda olan uğurların başlanğıcı olsun. Bu gün bu vida, bu " Son zəng ” sizin həyatınızın yeni mərhələsinə atılmağınızın başlanğıcıdır. Bu gündən etibarən siz məktəbdə oxuyan şagird yox, artıq müstəqil Azərbaycanın azad gənclərinə çevrilirsiniz. Səsiniz ali təhsil ocaqlarının auditoriyasından gəlsin.

     Arzu edirik ki, məzun adından sonra tələbə adını qazanasınız. Bütün onbirinciləri təbrik edirik, qüdrətli vətənimizin bundan sonrakı inkişafında onların da üzərinə böyük vəzifələr düşdüyünü bildirib, müstəqil həyatda xoşbəxtlik və uğur arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi