“ Milli Qurtuluş Günü “ nə həsr olunmuş “Biz fəxr edirik ki, Azərbaycanlıyıq!” adlı onlayn görüş keçirildi

    12 iyun 2020-ci il tarixində 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi, Xətai Rayon Gənclər və İdman İdarəsi,  Nəsimi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 15 iyun “ Milli Qurtuluş Günü “ nə həsr olunmuş “Biz fəxr edirik ki, Azərbaycanlıyıq!” adlı onlayn görüş keçirilib.
  Görüşün məqsədi – Müasir Azərbaycan dövlətinin qurucusu olan Heydər Əliyevin dövlətçilik siyasətini,  xalqın müstəqilliyi və azadlığı uğrunda  gördüyü işləri gənc nəslə təbliğ etməkdir.
   Görüşdə  Xətai Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Orucov, Nəsimi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Şahmar Tağıyev,  məktəbin direktoru Elçin Abdullayev, məktəbin əməkdaşları, Təhsil Nazirliyi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Kəmalə Abdullayeva və mərkəzin əməkdaşları iştirak ediblər.
   Qonaq qismində - Millət Vəkili Etibar Əliyevin köməkçisi Pərvin Mahmudov,  İctimai nəzarət komitəsinin sədri  Rasim Əliyev,  İctimai nəzarət komitəsinin qərargah rəisi Anar İsmayılov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumtəhsil sektorunun müdiri Fuad Babayev, Xətai rayon icra hakimiyyətinin ictimai - siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Təhsil xidmətləri araşdırması və təhlil mərkəzinin direktoru Kamran Əsədov, Azərbaycanın xalq artisti Gülyanaq Məmmədova, Azərbaycanın əməkdar artisti Gülüstan Əliyeva, “Dünya mənim” jurnalının baş redaktoru Gülzar İbrahimova, 64 nömrəli tam orta məktəbin direktoru Rafael Mehdiyev iştirak ediblər.
   Görüşdə Ümummilli Lider Heydər Əliyevin xalqın müstəqilliyi və azadlığı uğrunda  gördüyü işləri özündə əks etdirən videoçarx nümayiş edildi. 1 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzinin “ Məktəb teatrı ” , ” Dram ”, “ Musiqi ” dərnəyinin üzvləri, 95, 211, 63, 64, 191  nömrəli tam orta məktəbin şagirdləri vətənpərvərliyə, müstəqilliyə həsr olunmuş şeir kompozisiyası və musiqi nömrələri ilə çıxış etdiblər. İştirak edən qonaqlar Ümummilli Lider Heydər Əliyevin müasir azərbaycan dövlətinin müstəqilliyi yolunda gördüyü işlər haqqında danışdılar və onunla baglı xatirələrini bölüşdülər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi