Milli Qurtuluş Günü - xalqımızın şərəf tarixi
15 İyun Azərbaycanın tarixinə Milli Qurtuluş günü kimi daxil edilmişdir. Ulu öndərin Ali Sovetin sədri seçilməsi Azərbaycanda eyni zamanda mütərəqqi parlamentarizm ənənələrinin formalaşmasını təmin etmişdir.
Bu gün milli qurtuluş idealogiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü biruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artırır.
Məktəbin ibtidai sinif müəllimi Könül Xəlilova " Qurtuluş günü - xalqımızın şərəf tarixi " mövzusunda onlayn tədbir keçirmişdir. Tədbirdə hər bir şagird Heydər Əliyevin müdrik kəlamlarını səsləndirmişdir.