” Əlifbanı tanıdım ” adlı onlayn tədbir

    Məktəbin 1 “ C “ pilot  sinfi  müəllim  Zərifə Məmmədovanın təşkilatçılığı ilə  ” Əlifbanı tanıdım ” adlı onlayn tədbir keçirdi.
     Tədbirdə tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova və ibtidai sinif müəllimləri iştirak etdilər.
     Tədbir zamanı birincilər öyrəndikləri haqqında məlumat verdilər. Əlifba kitabı ilə vidalaşdılar.
    Uşaqlar müəllim, Azərbaycan haqqında  söylədikləri şeirlərlə vətənə, oxumağa olan sevgilərini bir daha sübut etdilər. Tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova  uşaqların çıxışlarını alqışladı və onlara gələcək ilərdə  uğurlar arzuladı. Tədbir böyük ruh yüksəkliyi ilə sona çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi