Məktəbəhazırlıq qruplarında cari tədris ili yekunlaşdı

    Bildiyimiz kimi 31 may 2020-ci il tarixində məktəbəhazırlıq qruplarında cari tədris ili yekunlaşdı. Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etmək, onları əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaqdır. Araşdırmalar da göstərir ki, insan daha kiçik yaşlardan öyrənməyə başlayanda, təhsili daha keyfiyyətli, dünyagörüşü daha zəngin, intellekti yüksək olur. Elə ona görə də bir neçə ildir ki, yetişməkdə olan nəslin kiçik üzvləri 5 yaşına çatan kimi məktəblərə cəlb edilirlər. Körpə məktəblilər ana qucağından çıxmağı, sinifdə, parta arxasında oturmağı öyrənir. Ailələr də artıq bilir ki, uşaq 5 yaşına çatdısa, demək, müəllimə alışmağın, yaşıdları ilə vaxt keçirməyin, böyük hərfləri tanımağın, əşyaları tapıb göstərməyin vaxtıdır. Koronavirus (Covid-19) pandemiyası ilə əlaqədar olaraq 03.03.2020-ci ildən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılmış, təhsil məsafədən, distant şəkildə həyata keçirilmişdir. Məktəbin 0d məktəbəhazırlıq qrupunda da məşğələlər onlayn şəkildə davam etdirilmişdir. 2019/2020-ci tədris ilinin son günü daha yadda qalan oldu. Belə ki, uşaqlar tədris zamanı öyrəndikləri şeirləri, tapmacaları, atalar-sözləri, hekayələri söyləyir, öz fikirlərini müstəqil ifadə edirdilər. Qrupun rəhbəri müəllim Aygün Dadaşova uşaqlara yay tətilində yaxşı dincəlməyi, özlərini virusdan qorumalarını, bunun üçün gigiyena qaydalarına riayət etmələrini, dərs ili ərzində öyrəndiklərini təkrarlamaları tövsiyə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi