“Uşaqlar bizim gələcəyimizdir” adlı onlayn görüş
1 iyun 2020-ci il tarixində 1 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzi və məktəbin birgə təşkilatçılığı ilə 1 İyun – “ Uşaqların Beynəlxalq Müdafiəsi Günü “nə həsr olunmuş “Uşaqlar bizim gələcəyimizdir” adlı onlayn görüş keçirilib.
Görüşün məqsədi gələcəyimiz olan uşaqların hüquqlarının qorunması, müdafiəsi, uşaqlara diqqət, qayğı və məhəbbətin göstərilməsidir.
Görüşdə məktəbin direktoru Elçin Abdullayev, tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova, Təhsil Nazirliyi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Kəmalə Abdullayeva və mərkəzin əməkdaşları iştirak ediblər.
1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Saglamlıq imkanları məhdud olan “Nitq mədəniyyəti”, “Dram”, “Bədii qiraət ” dərnəyinin üzvləri, məktəbin evdə təhsil alan şagirdləri şeir kompozisiyaları və musiqi nömrələri ilə çıxış ediblər. İştirak edən qonaqlar istər respublikamızda, istərsə də bütün dünyada yaşayan uşaqları bayram münasibətilə təbrik edərək, onlara sağlam həyat və gələcək təhsillərində uğurlar arzulayıblar.