Uşaqlar dünyanın sevincidir
Məktəbin 2 " ə " sinif rəhbəri Mustafayeva Ülkər "Uşaqların Beynəlxalq Müdafiəsi günü" ilə əlaqədar olaraq online şəkildə təşkilat saatı keçirdi. Müəllim bildirdi ki, uşaqlar bizim gələcəyimizdir, gələcəyimizin rifahı bugünün uşaqlarından asılıdır, onları düzgün şəkildə yetişdirməliyik. Uşaqların hüquqları söylənildi. Uşaqların öz hüquqlarını bilməsi onların müdafiəsi üçün çox önəmlidir. Daha sonra şagirdlər öz çıxışlarını müxtəlif mahnılar, şeirlər şəklində etdilər. Sonda şagirdlər rəsm nümunələri göstərdilər.