1 İyun -  “Uşaqların Beynəlxalq Müdafiəsi Günü “ dür

   1 İyun -  “Uşaqların Beynəlxalq Müdafiəsi Günü “ dür. Uşaqların problemləri bütün dövrlərdə cəmiyyətin diqqət mərkəzində olub, problemin həlli istiqamətində yollar axtarılıb. İndi uşaq hüquqlarının qorunması dünya dövlətlərinin siyasətinin prioritetinə çevrilib. Uşaqları Beynəlxalq Müdafiə Günü isə 1950-ci ildən bütün dünyada qeyd edilir. Həmin ilin 1 iyununda Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının keçirdiyi Qadınların Beynəlxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib.  Həmin konfransda hər il iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. O vaxtdan bu gün tarixə düşüb. 1999-cu ildə BMT “ Uşaq hüquqları “ haqqında konvensiya qəbul edib. Az sonra Azərbaycan da bu konvensiyaya qoşulub. 1998-cu ildə isə ölkəmizdə “ Uşaq hüquqları “ haqqında qanun qəbul olunub. Azərbaycanda da uşaqlara diqqət və qayğı gündən-günə artır. Ölkəmizdə bu istiqamətdə sistemli, ardıcıl iş aparılır. 2009-cu il Prezidentimiz İlham Əliyevin sərəncamı ilə “ Uşaq ili “ elan edilib.

       Bu əlamətdar beynəlxalq gün münasibətilə məktəbimizin ibtidai sinif şagirdləri arasında mövcud karantin dövründə online rəsm müsabiqəsi təşkil olunmuşdur. Şagirdlərin əl işləri sizə təqdim olunur.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi